Azərbaycan Egeyə qədər radar məlumatlarına sahib olacaq

Türkiyə və Azərbaycan hava məkanına nəzarət etmək üçün birgə sistem tətbiq edəcək.

Bunu Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri Haluk Görgün deyib.

O, HAKİM adlı Hava Komandanlıq və İdarəetmə Sistemi layihəsindən bəhs edib: “Bu yolla hər iki ölkənin Hərbi Hava Qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edəcək. Türkiyə və Azərbaycan HAKİM sisteminə keçəndə təbii ki, ortaq bir sistem olacaq.

Azərbaycandakı bir radardan əldə edilən radar izi məlumatları Azərbaycandakı HAKİM vasitəsilə Türkiyəyə ötürülə biləcək və ya əksi də mümkün olacaq. Nəticədə Egeydən Xəzərə qədər geniş bir ərazidə radar məlumatları HAKİM-də əks olunacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]