2 yaşlı körpə qaynar su olan vedrəyə yıxılıb: Bir tikə çörəyə möhtacdırlar – FOTO

2021-ci il təvəllüdlü Zəhra Etibar qızı Həsənova iyun ayının 14-də ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Rəqsanə Həsənova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Qızım həyətdə qaçdı-tutdu oynayırdı. Bu zaman mən də həyətdə vedrənin içində su qaynadırdım ki, paltarlarımızı yuyum. Zəhra həmin vaxt vedrəni görmədi və onun içinə yıxıldı. O, çox ağır yanıq xəsarətləri alıb. Zəhradan başqa bir qızım və bir oğlum da var. Maddi vəziyyətimiz çox ağırdır. Mən evdar qadınam. Həyətimizdə kartof, pomidor, xiyar, göyərti əkərək ailəmə dəstək olmağa çalışıram. Həyat yoldaşım isə fəhləlik etməklə bizi dolandırmağa çalışır. Artıq günlərdir Bakıda xəstəxanalardan birində qalıram. Yeməyimi digər palatalarda yatan xəstə yaxınları verirlər. Mazları da almağıma kömək ediblər. Amma üz üzdən utanar. Artıq çalışıram ki, acından ölsəm də, bir çörəyin pulunu belə onlardan almayım. Qızım da, mən də ac qalmışıq, bir tikə çörəyə möhtacıq. Evimizə qayıtmaq üçün cibimdə yol pulum yoxdur. İmkanlı şəxslərdən xahiş edirəm ki, qızımın sağalması üçün bizə kömək etsinlər. Bizə ilk mərhələdə müalicəni qarşılaya bilməyimiz üçün 1500 manat pul lazımdır”.

Əlaqə nömrəsi: (055) 568-59-90

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]