Avropa Oyunlarında zədə alan Azərbaycan karateçisinin son durumu açıqlanıb – YENİLƏNİB

“Polşada keçirilən III Avropa Oyunlarında zədə alan Azərbaycan karateçisi Fəridə Əliyevanın (+68 kq) vəziyyəti indi stabildir”.

Bu barədə “Report”a Azərbaycan nümayəndə heyətinin press-ataşesi Qabil Mehdiyev açıqlama verib.

Onun sözlərinə görə, idmançı bütün tibbi müayinələrdən sonra klinikadan buraxılıb və bu axşam Bakıya qayıdacaq.

Q.Mehdiyev karateçinin ciddi xəsarət almadığını bildirib:

“İdmançımızın iki ay əvvəl Avropa çempionatının finalında italiyalı rəqiblə döyüşündə burnu sınıb. Zərbə köhnə zədənin üzərinə dəydiyi üçün qanaxma nəticəsində huşunu itirib. Dərhal xəstəxanaya aparılıb, sistem köçürülüb, ilkin tibbi yardım göstərilib”.

22:55

“İki ay əvvəl Avropa çempionatının finalında burnum sındığı üçün döyüşə bilməmişdim. Bütün bunları italiyalı idmançı etmişdi. Yenə İtaliya təmsilçisi burnumu qırdı (gülür)”.

Bunu “Report”un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında italiyalı Klio Ferrakutti ilə döyüşdə burnu sınan Azərbaycan karateçisi Fəridə Əliyeva (+68 kq) deyib.

O, ciddi xəsarət almadığını bildirib: “Sadəcə, zərbə köhnə zədənin üzərinə dəydiyi üçün huşumu itirdim. Dərhal xəstəxanaya apardılar, sistem köçürdülər. Çox yaxşı qulluq etdilər. Məni orada tək qoymayan Gənclər və İdman Nazirliyinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Orada bir daha Azərbaycan idmançısı olduğumu hiss etdim”.

Əliyeva yarışda qızıl medal qanan İrina Zaretskanın çıxışına da toxunub:

“İrina ən güclü idmançımızdır. Bu gün qızıl medal qazandı. Təbrik edirəm. Doğrudan da buna layiqdir. Çünki öz üzərində çox işləyir. Digər idmançılarımıza da demək istəyirəm ki, heç vaxtdan ruhdan düşməsinlər. Azərbaycan qadını heç də zəif deyil. Hər zaman yarışlarda medal götürmüşük. Ölkəm, millətim və ailəmlə fəxr edirəm. Hamını qucaqlayıram”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]