Priqojin Putinə cavab verdi – “Təslim olmaq fikrində deyilik”

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciətini şərh edib. 

O, Putinin xəyanət adlandırdığı məsələyə belə cavab verib: “Xəyanət məsələsində prezident yanılıb. Biz vətənimizin vətənpərvərləriyik, biz döyüşmüşük və döyüşürük. Və heç kim prezidentin və ya Federal Təhlükəsizlik Xidmətinin tələbinə əsasən təslim olmaq fikrində deyil. Çünki istəmirik ki, ölkə bundan sonra da korrupsiya, yalan və bürokratiya içində yaşasın”.

Priqojin Afrika və Ukraynada döyüşməkləri haqda da danışıb: “Afrikada döyüşəndə bizə deyirdilər ki, Afrika bizə lazımdır və bundan sonra onu tərk etdilər. Çünki köməyə getməli olan bütün pulları oğurladılar. Bizə deyəndə ki, Ukrayna ilə müharibə edirik, gedib döyüşdük. Amma məlum oldu ki, döyüş sursatı, silah-sursat, bütün pullar oğurlanır.

İndi mülki əhalini təyyarələrlə, helikopterlərlə vururlar. Çünki vura bilmirlər, hara gəldi atırlar. Ona görə də biz vətənpərvərik və bu gün bizə qarşı çıxanların hamısı əclafların başına toplaşanlardır”.

 Xatırladaq ki, Putin xalqa müraciətində Rusiyada baş verənləri “arxadan vurulan zərbə” adlandırıb. Prezidentin sözlərinə görə, bu addımlar xəyanətdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]