Putindən ilk açıqlama – “Xəyanətdir”

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətinin hərəkətini “arxadan vurulan zərbə” adlandırıb.

Bu barədə Rusiyanın dövlət başçısı xalqa etdiyi müraciətində deyib. Prezidentin sözlərinə görə, bu addımlar xəyanətdir.

O, mövzu haqda danışarkən Birinci Dünya Müharibəsini xatırladıb.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib.
Priqojin bunun qisasını alacağını açıqlayıb. Rusiya MN isə onun ittihamını təkzib edib. Bundan sonra Rusiya Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]