Rostov-na-Donuda bütün kütləvi tədbirlər ləğv edildi

Həftəsonu Rostov-na-Donuda planlaşdırılan bütün kütləvi tədbirlər ləğv edilib.

Bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev teleqram kanalında bildirib.

“Həftəsonu Rostov-na-Donuda planlaşdırılan bütün kütləvi tədbirlərin ləğvi barədə qərar qəbul edildi”, – o yazıb.

Qolubev, həmçinin şəhər sakinlərini şəhərin mərkəzinə getməməyə və evlərini tərk etməməyə çağırıb.
Xatırladaq ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rostova daxil olduğunu bildirib: “Bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçib”. O, qarşılarına çıxan hər şeyi məhv edəcəklərini və daha irəli gedəcəklərini qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]