Taksilərdə əlavə cihaz quraşdırılacaq? – AÇIQLAMA

“Taksilərdə hər hansı bir əlavə cihazın quraşdırılmasına ehtiyac yoxdur”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, taksilərdə həm taksometrdən, həm də proqram təminatından istifadə edilə bilər, hər hansı əlavə cihazın qurulmasına ehtiyac yoxdur.

“Qanun layihəsində taksometr anlayışı verilib. Bunun cihaz olması və proqram təminatı olması haqqında qeydlər var. Hazırda taksilərdə telefonla prosesin idarə olunduğunu gördüyümüz üçün yenidən taksometrin taksilərə qoşulmasına gərək görmürük. Smartfondan istifadə etməyən vətəndaşlar olarsa, bu cihazı da qoşa bilərlər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]