Leyla Abdullayeva Fransada AzTV əməkdaşlarına edilən hücumdan YAZDI


Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AzTV əməkdaşlarına hücumu qınayıb.

O, bu barədə tviter hesabında yazıb.

“Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq. Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcək”, – xanım diplomat qeyd edib.

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]