Heydər Əliyevin 100 illiyinə həsr olunmuş karate seminarı təşkil edilib

Bakı İdman Sarayında Azərbaycan Karate Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş karate seminarı keçirilib.

Seminarda Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı, Əməkdar idman xadimi Ülvi Quliyev iştirak edib.

Yeddi federasiyanın daxil olduğu Assosiasiyanın prezidenti seminar barədə dayib:

“Əsas məqsəd Heydər Əliyev kimi dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etməklə göstərdiyimiz birlik, həmrəylikdir. Biz də gənclərimizin sağlam böyüməsini, zərərli vərdişlərdən uzaq olmasını istəyirik.

Yarışın burada keçirilməsi rəmzi xarakter daşıyır. Belə ki, 1995-ci ilin martında məhz bu zalda Heydər Əliyevin idmançılarla görüşü baş tutdu və bu, demək olar ki, ölkənin idman siyasətinin əsasını qoydu. Bu gün biz yenidən burada toplaşdıq”.

Ülvi Quliyev Polşada keçirilən III Avropa Oyunlarında Azərbaycanın ilk qızılını qazanan Azərbaycan karate məktəbinin yetirməsi Tural Ağalarzadəni də xüsusi qeyd edib. Ümumilikdə Azərbaycan karateçiləri Avropa Oyunlarında iki qızıl və bir bürünc medal qazanıblar.

Ümumilikdə seminarda peşəkar məşqçi və tanınmış idmançılarla yanaşı, gənc karateçilər də iştirak ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]