Tədris dilindən ən aşağı nəticə göstərən bölgələr AÇIQLANDI

Regionlar üzrə 9-cu sinif şagirdləri arasında tədris dili fənnindən ən yaxşı nəticələr Sumqayıt (55.1), Bakı (54.6), Mingəçevir (54.0) şəhərlərinin, Abşeron (53.6), Oğuz (53.5) rayonlarının, riyaziyyat fənnindən Sumqayıt (38.7), Naxçıvan (36.9) şəhərlərinin, Şahbuz (36.1), Culfa (35.9) rayonlarının, xarici dil fənnindən isə Bakı (39.0), Sumqayıt (38.5), Naxçıvan (38.3), Mingəçevir (38.1) şəhərlərinin şagirdlərinə məxsusdur.

Bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib.

Qeyd edilib ki, tədris dili fənni üzrə ən aşağı nəticələri Gədəbəy (33.1), Sabirabad (31.9), Daşkəsən (30.4) rayonlarının, riyaziyyat fənni üzrə Zərdab (21.4), Ucar (21.3), Ağcabədi (21.2) və Saatlı (21.1) rayonlarının, xarici dilfənni üzrə isə Qobustan (21.8), Sabirabad (21.4), Cəlilabad (21.1) və İmişli (21.0) rayonlarının şagirdləri göstəriblər.

11-ci sinif şagirdləri arasında tədris dili fənni üzrə ən yaxşı göstəricilər Abşeron rayonunun (60.3), Mingəçevir (57.0), Naxçıvan (54.0) şəhərlərinin, Ordubad rayonunun (53.3), Bakı şəhərinin (53.0), riyaziyyat fənni üzrə Culfa rayonunun (39.8), Naxçıvan şəhərinin (37.6), Ordubad rayonunun (36.2), xarici dil fənni üzrə Naxçıvan (46.7), Bakı (44.7), Sumqayıt (43.9) şəhərlərinin, Qubadlı (41.7), Abşeron (41.0) rayonlarının şagirdlərinə məxsusdur. Tədris dili fənni üzrə ən aşağı göstərici Beyləqan (32.6), Saatlı (32.6), Cəlilabad (32.3), Kürdəmir (31.9) rayonlarının, riyaziyyat fənni üzrə Beyləqan (20.5), Şabran (20.5), Yevlax (19.8) rayonlarının, xarici dil fənni üzrə Lerik (23.4), Ağsu (23.1), Yardımlı (22.4) rayonlarının şagirdlərinə aiddir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]