“Əgər dərman aylarla gömrükdə qalırsa, bu həqiqətən ciddi problemdir” – Nazir müavini

“Deputat Etibar Əliyev gömrüklə əlaqədar məsələ qaldırılmışdı ki, dərman gəlir və aylarla gömrükdə qalır. Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dərman vasitələrinin ekspertiza aparılması qaydaları var. O qaydalara görə, 20 günədək idxal olunan dərmanlar müayinə olunmalı və ölkəyə idxalına icazə verilməlidir”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

“Biz bu barədə Dövlət Gömrük Komitəsi ilə müzakirələr aparacayıq. Aylarla dərmanların qalması ilə bağlı bizdə məlumat yoxdur. Əgər dərman aylarla gömrükdə qalırsa, bu həqiqətən ciddi problemdir”, – deyə nazir müavini bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]