“Şayiələrə inanmayın, rahat evinizdə yatın” – Qurban Yetirmişli

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində bu gecə baş vermiş zəlzələ ilə bağlı əhaliyə müraciət edib.

Aktualtv.az xəbər verir ki, o, müraciətində əhalini təşvişə düşməməyə çağırıb.

“Sosial şəbəkələrdəki şayiələrə deyil, rəsmi məlumatlara inansınlar. Rahat evinizdə yatın. Dünənki təkanlar çox dərində olub, heç bir təhlükəsi yoxdur. O dalğa yaşayış məntəqələrində heç bir fəsad törədə bilməz. Əsas təkan ilk saniyələrdə olub. Ondan güclünün olması ehtimalı yoxdur. Sonra da təkanlar olub, lakin zəif olub və ancaq cihazlar qeydə ala bilib”, – deyə o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]