Məhkəmə sabiq deputata 4 aylıq həbs cəzası verdi

Sabiq deputat Nazim Bəydəmirliyə istintaq orqanı tərəfindən verilən ittiham məlum olub.

Sabiq deputata Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham elan olunub və barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.

Nərimanov rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib: “Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]