Albaniya Prezidenti Azərbaycana gəldi – YENİLƏNİB

Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Bayram Beqayı və xanımı Armanda Beqayı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

***14:40

Albaniya Prezidenti Bayram Beqay Azərbaycana səfərə yola düşüb.

Onun energetika sahəsində Azərbaycanla əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Bundan əlavə, ssəfər zamanı ikitərəfli əməkdaşlıq, həmçinin Albaniyada müasir qazlaşdırma şəbəkəsinin inşasına olan qarşılıqlı maraq müzakirə olunacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]