Tarif Şurası bu qiymətlərə yenidən baxacaq – Video

Tarif Şurası dərmanların qiymətinə yenidən baxacaq.

Millət Vəkili Müşviq Məmmədli “Xəzər Xəbər”ə bildirib ki, “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklər haqqında milli məclisin səhiyyə komitəsində keçirilən iclasda dərman qiymətləri ilə bağlı müzakirələr aparılıb.

Millət vəkilinin sözlərinə görə, dərman preparatlarının qeydiyyatının eləcə də idxal zamanı gömrük prosedurunun asanlaşdırılması nəzərdə tutulub. Dəyişiklik dərman vasitələrinin daha əlçatan olmasına imkan verəcək.

“Qiymətlərlə bağlı artıq səhiyyə nazirliyi tərəfindən tarif şurasına da müraciət edilib.”

Dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədi ilə səhiyyə nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə sisteminin tətbiq edilməsi də nəzərdə tutulub.

Millət vəkili qeyd edib ki, qanun layihəsində bioloji aktiv qida əlavələri ilə bağlı məsələ də öz əksini tapib.

Səhiyyə komətisəinin üzvi əlavə edib ki, qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]