“Beynəlxalq Ədalət Məhkəməsinin qərarı erməni fitnəkarlığının iflasa uğradığını göstərir” – RƏY

“Beynəlxalq Ədalət Məhkəməsinin qərarı erməni fitnəkarlığının iflasa uğradığını göstərir”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı 12 may 2023-cü il tarixli vəsatətinə rədd cavabı verməsi Azərbaycan dövlətinin beynəlxalq hüquq normaları çərçəvəsində fəaliyyət göstərdiyini bir daha sübut edir:

“Azərbaycan hüquqi ərazilərinin suverenliyinin qorunması məqsədi ilə Laçın yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsini yaradıb. Rəsmi Bakının atdığı bu addım beynəlxalq səviyyədə də qanuni hesab olunur”.

“Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı faktiki olaraq Azərbaycan dövlət sərhəd-buraxılış məntəqəsinin qurulmasının beynəlxalq hüquq tərəfindən tanındığını isbatlayıb”, – o qeyd edib.

A.Hüseynov vurğulayıb ki, artıq dünya ictimaiyyəti Ermənistanın yürütdüyü yalan dolu siyasətini tanıyır:

“Bu onlara verilən obyektiv qiymətdir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]