Çempionlar Liqasında günün oyunları – CƏDVƏL

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

İk oyun günündə 10 görüş keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ” Cübüllütariqdə “Linkoln”un qonağı olacaq.

Ağdam təmsilçisinin II raunddakı potensial rəqibləri olan Polşa “Rakuv”u və Estoniya “Flora”sı isə Çenstoxovada üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

11 iyul

19:00. “Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina)
19:30. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan)
20:00. “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya)
22:00. “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya)
22:00. “Rakuv” (Polşa) – “Flora” (Estoniya)
22:00. “Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail)
22:45. “Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan)
22:45. “Şemrok Rovers” (İrlandiya) – “Breydablik” (İslandiya)
22:45. “Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan)
22:45. “Partizani” (Albaniya) – BATE (Belarus)

Qeyd edək ki, bu mərhələnin digər 5 oyunu iyulun 12-də təşkil olunacaq. Cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]