Zelenski Baydenlə müzakirə etdiyi mövzuları açıqladı – YENİLƏNİB

“Cənab Prezident Baydenlə çox yaxşı görüşümüz oldu. Görüş nəzərdə tutulduğundan ən azı iki dəfə uzun çəkdi və kifayət qədər mənalı oldu”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra “Twitter“də yazıb.

“Protokol iclası dayandırmasaydı, daha çox danışacaqdıq. Bütün mövzular – uzunmüddətli dəstək, silahlar, siyasət, NATO barədə danışdıq. Biz bu müharibəni ümumi qələbəmizlə necə bitirəcəyimizi aydın görürük”, – o deyib.

18:27

ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında görüş başlayıb.

Görüş NATO-nun Vilnüs sammiti çərçivəsində keçirilir.

Görüşdə dövlət başçıları Ukraynaya uzaqmənzilli raketlərin və F-16 qırıcılarının tədarükü perspektivlərinə toxunacaqlar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]