“İbrahim Rəisi iqtisadiyyatı tamamilə məhv edib” – İranlı deputat

İran prezidenti İbrahim Rəisi iqtisadiyyatı tamamilə məhv edib və ölkə “iqtisadi fəlakətə” yuvarlanıb.

Bunu İran parlamentinin deputatı Calal Mahmudzadə deyib.

Onun sözlərinə görə, Ruhani prezident seçkilərində 7 min səhifəlik proqramında ölkə vətəndaşlarına çoxlu vədlər verib. Halbuki onların heç biri yerinə yetirilməyib.

“İbrahim Rəisi güclü dövlət qurmağı vəd etmişdi. Güclü dövlət qurmaq bir yana, iqtisadiyyat acınacaqlı vəziyyətdədir”, – deputat bildirib.

Parlamentari əlavə edib ki, ölkə valyutası “dəhşətli” şəkildə devalvasiyaya uğrayıb. Vətəndaşlar zəruri məhsullar almaq üçün uzun növbələrdə gözləməli olurlar. Məhsulların qiymətləri bir neçə dəfə bahalaşıb, 100%-lik inflyasiya hökm sürür. Ümumilikdə isə ölkədə iqtisadi fəlakət yaşanır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]