“Yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüş keçiriləcək”

Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.

Dövlət başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da hökumətin bugünkü iclasında iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının Prezidenti Şarl Mişellə üçtərəfli görüşün keçiriləcəyini bildirib. O qeyd edib ki, artıq iştirakını təsdiqləyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə mayın 25-i Moskvada görüşüblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]