Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 8-ə ÇATDI

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Madər Musayev bu gün dünyasını dəyişib.

“Aktualtv.az”ın məlumatına görə, bununla da parlamentdə boş qalan deputat yerlərinin sayı 8-ə çatıb. 

Qeyd edək ki, 2020-ci ilin fevralında baş tutmuş parlamentin növbədənkənar seçkilərindən sonra 4 dairə üzrə yerlər boş qalıb. Mərkəzi Seçki Komissiyası seçkilər nəticəsində baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi –  (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə). 

Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov 2 il öncə dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb.

Bundan başqa, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində polisi döyən deputat Eldəniz Səlimova 3 il 6 ay müdətinə hökm oxunub. Bununla da onun deputat səlahiyyətlərinə xitam verilib.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin ötən ilin 3 mart tarixində imzaladığı sərəncamla Milli Məclisin deputatı Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Beləliklə, onun da mandatı ləğv edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]