Yollarda qayda pozuntuları ilə bağlı “whatsapp” nömrəsi yaradıldı

Baş Dövlət Yol Polisi İdarəsi qayda pozuntuları ilə bağlı yenilik edib.

Vətəndaşlar bundan sonra yolda qarşılaşdıqları qayda pozuntuları ilə bağlı idarə tərəfindən yaradılmış “whatsapp” nömrəsinə foto və ya video göndərə bilərlər.

“Sosial şəbəkələrdə sizlərdən gələn çoxsaylı müraciətlər nəzərə alınaraq tərəfimizdən yeni “whatsapp” nömrəsi yaradıldı. Artıq Siz də yollarda qarşılaşdığınız və qeydə aldığınız yol hərəkəti qayda pozuntularına dair video və foto görüntüləri bu nömrəyə göndərə bilər, yollarda ictimai nəzarətin həyata keçirilməsində iştirak edə bilərsiniz.

Məqsəd yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsidir.

Xahiş edirik nəzərə alasınız ki, “whatsapp” nömrəsi yalnız foto və video göndərilməsi üçün nəzərdə tutulub.

Whatsapp nömrəsi – 050-800-09-02”, – deyə DYP İdarəsinin məlumatında deyilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]