Ukrayna Belarusla sərhədi möhkəmləndirir

Ukrayna Belarusla sərhədi mümkün qədər möhkəmləndirib, onun möhkəmləndirilməsi istiqamətində işlər dayanmır. 

Aktualtv.az xəbər verir ki, bunu “Rada” telekanalının efirində Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko deyib.

“Belarusla sərhəd mümkün qədər gücləndirilib”, – o deyib.

Demçenko vurğulayıb ki, Volın vilayətindən Çerniqov vilayətinə qədər, Belarusla min kilometrdən çox olan sərhədin bütün uzunluğunda işlər gedir.

Dövlət Sərhəd Xidmətinin nümayəndəsi izah edib ki, Ukrayna sərhəddə mühəndis şlaqbaumları və istehkamlar tikməklə yanaşı, avtomobillərin yaxınlaşmasını mümkünsüz etmək üçün yolları dağıdır. 

Demçenkonun sözlərinə görə, Ukrayna-Belarus sərhədində vəziyyət stabil olaraq qalır, lakin hərbçilər sədlər qurur və pilotsuz təyyarələrlə müşahidə aparır. 2022-ci ilin noyabrında Kiyev hakimiyyəti Volın vilayətində sərhəddə təxminən 3 km dəmir-beton hasar çəkib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]