“Sabah” və “Neftçi”nin matçlarının vaxtı müəyyənləşdi

“Sabah” və “Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun saatı müəyyənləşib.

UEFA avqustun 3-də Bakıda baş tutacaq görüşlərin vaxtını açıqlayıb.

“Sabah” həmin gün saat 20:00-da “Bank Respublika Arena”, “Neftçi” isə 21:00-da “Bakcell Arena”da rəqibini qəbul edəcək.

“Sabah” bu raundda “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün, “Neftçi” isə “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

İlk matçlarda RFŞ 1:0 hesablı qələbə qazanıbsa, digər cütlükdə 2:2 hesabı qeydə alınıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]