İsveçin Bağdaddakı səfirliyi fəaliyyətini dayandırdı

İsveçin Bağdaddakı səfirliyi fəaliyyətini dayandırıb.

Aktualtv.az TASS-a istinadən xəbər verir ki, buna səbəb səfirlik binasının yandırılmasıdır.

“İyunun 29-u və 30-u, eləcə də iyulun 20-də İsveçin Bağdaddakı diplomatik nümayəndəliyində keçirilən nümayişlərlə əlaqədar səfirlik növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlanıb. Pasportların verilməsi və təcili sənədlərin icrası dayandırılıb”, – məlumatda deyilir.

Qeyd edək ki, Stokholmda Quran nüsxəsinin yandırılmasına etiraz edənlər Bağdaddakı İsveç səfirliyinə hücum ediblər. Bildirilib ki, etirazçılar binanı yandırıblar. Səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]