Polşa mediası yazır ki, “Qarabağ” kabusu qayıdır – Gözəl

Öz meydançamızda, eyni zamanda sərin havada çox gözəl oyun keçdi. Bəhlulun qolu Avropa futbolu keyfiyyətində bir qol idi.

Aktualtv.az axar.az-a istinadən bildirir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Bakıda Cəbəllütariq təmsilçisi “Linkoln”la oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Klub rəhbəri II təsnifat mərhələsində rəqibləri olan Polşanın “Rakuv” komandası haqqında da danışıb:

“Daha əvvəl üç dəfə bu ölkənin təmsilçiləri ilə üz-üzə gəlmişik. Artıq Avropada zəif klub yoxdur. Bu qitədə mindən çox komanda var və onların arasında ən yaxşıları bu turnirdə mübarizə aparır. Rəqibimiz güclüdür. Polşa mətbuatı yazır ki, “Qarabağ” kabusu qayıdır. Mən də səfərdəki oyunda olacağam. Bakıya qələbə ilə qayıtmaq niyyətindəyik”.

Tahir Gözəl bu gün üçün transfer planlaşdırılmadığını diqqətə çatdırıb: “Kevin Medinanın Türkiyənin “Rizespor” klubuna keçidi baş tutarsa, onun yerinə oyunçu ala bilərik. Yerli klubların güclənməsi də bizi sevindirir. Onların qarşısında daha güclü “Qarabağ” var. Avrokubokda bacardığımız qədər irəli getmək istəyirik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]