Şəhid pilotumuzun anım günüdür

Bu gün şəhid pilot, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Rəşad Atakişiyevin anim günüdür.

Aktualtv.az axar.az-a istinadən bildirir ki, 2019-cu il iyul ayının 24-də Xəzər dənizi üzərində gecə vaxtı döyüş şəraitinə maksimum yaxınlaşdırılmış təlimlər zamanı Rəşad Atakişiyevin idarə etdiyi MİQ-29 təyyarəsi ilə radio və radar əlaqələri kəsilmiş, təyyarə müammalı şəkildə Siyəzən rayonunun Zarat kəndi yaxınlığında dənizə düşmüşdü. 20 gündən çox aparılan intensiv axtarışlar nəticəsində onun nəşi və təyyarənin qalıqları dənizin dibindən çıxarıla bilmişdir. İgid pilotun dəfn mərasimi təntənəli şəkildə Azərbaycan hakimiyyəti tərəfindən təşkil olunmuş və o 2-ci Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Allah rəhmət eləsin.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]