“Palmali” şirkəti Malatyada zəlzələ qurbanları üçün 100-ə yaxın konteyner qurur

“Palmali” şirkəti Türkiyənin cənub bölgələrində baş vermiş dəhşətli zəlzələdən əziyyət çəkən insanlara yardımlarını davam etdirir. Belə ki, şirkətin bir qrup əməkdaşı təbii fəlakət zonasına yollanaraq, yaşayış üçün xüsusi konteynerlər quraşdırır. Bu barədə “Palmali” şirkətinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fidan Quliyeva xəbər verib. “Mərkəzi Kahramanmaraş daxil olmaqla, 7,7 bal gücündə baş vermiş zəlzələ nəticəsində böyük itki və dağıntılara məruz qalmış bölgədə – Malatyadayıq. Hataydan sonra növbəti dayanacağımız məhz buradır. Gəlməyimizdə məqsəd “Konteyner Kent” qurmaqdır. “Palmali” şirkətinin əməkdaşları bura səfərbər olunublar. Malatyada səhərimizi yüngül yeraltı təkanlarla açdıq. Zəlzələ 3.4 bal gücündə idi. Amma insanlar arasında heç bir təşviş, panika olmadı. Lakin insanların üzündə bir narahatçılıq hissi hələ də var. Elə bugün də anladıq ki, burada istər konteynerlərə, istərsə də cadırlara böyük ehtiyac var. Və biz, “Palmali” şirkəti olaraq, Malatyanın “Yeşil yurt” adlanan ərazisində 100-ə yaxın konteyner quracağıq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]