Saatlarla tıxacda qalan sürücülər qarpız kəsib yedilər – VİDEO

Bu gün Bakının cənub istiqamətindəki girişdə yaranan güclü tıxacda maraqlı anlar yaşanıb.

Xeyli müddət Bayıl qəsəbəsi ərazisində – Salyan şosesindəki tıxacda gözləyən sürücülərdən biri avtomobildən qarpız götürərək kəsib. Digər sürücülərlə birgə qarpızı doğrayan şəxs dilimləri tıxacda gözləyən digər şəxslərə paylayıb.

Həmin şəxs təxminən 2 saat ərzində Lənkərandan Bakıya gəldiyini, lakin paytaxta daxil olandan sonra hərəkətin 40 dəqiqədir dayandığını deyib. Sosial şəbəkələrdə yayılan görüntülər maraqla qarşılanıb.

Qeyd edək ki, bu gündən paytaxtın cənub girişi istiqamətindəki əsas prospektlərdən olan Neftçilər prospektində təmir işlərinə başlanılıb. Nəticədə tıxac yaranıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]