Bu prospektdə hərəkət qismən məhdudlaşdırılacaq

Heydər Əliyev prospektinin 17.4-cü km-lik hissəsində, şəhər istiqamətində P tipli istiqamətverici lövhələrin quraşdırılması nəzərdə tutulur.

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Lövhələrin quraşdırılması işləri bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.

Qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

“Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – məlumatda deyilir. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]