Çempionlar Liqası: “Qarabağ” Polşa çempionu ilə qarşılaşacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Aktualtv.az “report”a istinadən bildirir ki, Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq.

İlk mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar “Rakuv”la birinci matçını Çenstoxovadakı “Miejski” stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Lukas Fandrix (İsveçrə)

Çenstoxova, “Miejski” stadionu

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]