Piyadanın ölümünə səbəb olan rəis vəzifəsindən azad edildi – Yeni təyinat

Şəmkir Rayon Polis Şöbəsinin Kür bölməsinin rəisi polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilib.

Aktualtv.az xəbər verir ki “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə Ədalət Sadıqov Şəmkir Rayon Polis Şöbəsində təhqiqatçı vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, polkovnik Ədalət Sadıqov bir müddət əvvəl idarə etdiyi “KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurmuşdu. Nəticədə rayonun Aşağı Quşçu kənd sakini, 26 yaşlı gənc xəstəxanaya aparılarkən yolda ölmüşdü.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]