Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası təsdiqlənib

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası təsdiqlənib.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən nəqliyyat vasitələri utilizasiyaya aşağıdakılar tərəfindən verilir:

  • nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs;

“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar tərəfindən:

  • Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;
  • İstismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.

Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin IX-I və IX-II hissələri ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]