Nazir müavini Laçın yolundakı vəziyyətdən DANIŞDI

Laçın yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir.

Bunu xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizdə akkreditə olunmuş diplomatlar üçün XİN-də keçirilən brifinqdə deyib.

O, bu xüsusda, Azərbaycanın öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etdiyini bildirib.

Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da bu hüququn təsbit olunduğu diqqətə çatdırılıb. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən isə Azərbaycan sərhədçisinə atəş açıldığı, dövlət bayrağımıza qarşı təxribat törədildiyi, Laçın yolundan sui-istifadə hallarının davam etdirildiyi vurğulanaraq, Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəfin Ermənistan olduğu diqqətə çatdırılıb. Bundan əlavə, Azərbaycan tərəfindən tibbi məqsədlər ilə əlaqədar yoldan erməni sakinlərin istifadəsi üçün şərait yaradıldığı, daha çox məhsulların tədarükü üçün isə onların cəmiyyətimizə reinteqrasiyasına töhfə verə biləcək “Ağdam-Xankəndi” yolundan istifadənin təklif olunduğunu söyləyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]