Putinin həbsinə order verən hakim axtarılır

Rusiya Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (MCM) hakimi Tomoko Akane cinayət işi üzrə axtarışa verilib.

Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, hakim Tomoko Akane Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib.

Qurumun məlumat bazasında hakimin konkret hansı maddə üzrə axtarışda olduğu qeyd edilməyib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) V. Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Haaqa Məhkəməsi Putini uşaqların qanunsuz deportasiyası və insanların Ukraynadan Rusiyaya qanunsuz keçirilməsində şübhəli bilərək həbsi barəsində qərar çıxarıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]