“Laçın keçid məntəqəsinin legitimliyini heç kim sorğulaya bilməz” – Ayxan Hacızadə

“Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır”.

Bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tviter səhifəsində yazıb. O, Ermənistan XİN sözçüsü Ani Badalyanın bəyanatına cavab olaraq bildirib ki, 68 yaşlı Vaqif Xaçaturyan Xocalıdakı Meşəli qətliamında iştirak etdiyi üçün beynəlxalq axtarışa verilib.

“Beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa istinad edən Ermənistan XİN-in sözçüsü xəbərsizdir ki, Laçın keçid məntəqəsi Azərbaycanın suveren ərazisindədir və onun legitimliyini heç kim sorğulaya bilməz”, – deyə Hacızadə bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]