Qızıl medal qazanan yeniyetmə cüdoçu: “Rəqiblərimi asanlıqla məğlub etdim”

“Sloveniyanın Maribor şəhərində keçirilən yarış çox həyəcanlı idi”.

Aktualtv.az xəbər verir ki bunu “Report”a açıqlamasında Sloveniyada XVII Avropa Gənclər Olimpiya Festivalında qızıl medal qazanan yeniyetmə cüdoçu Vüsalə Hacıyeva deyib.

Onun sözlərinə görə, yarışda rəqiblərini asanlıqla məğlub edib: “Yarımfinal görüşündə nisbətən güclü rəqiblə qarşılaşdım. Lakin ona da qalib gəldim”.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Olimpiya Festivalının fərdi və qarışıq komanda yarışlarında 9 medal qazanıblar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]