Türkiyədən Quranla bağlı ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi, Türkiyə xarici işlər naziri Hakan Fidan isveçli həmkarı Tobias Billströmlə telefon danışığı aparıb.

Telefon danışığının bir sıra detalları açıqlanıb.

“Reuters”in məlumatına görə, Hakan Fidan İsveçi Quranın yandırılmasının qarşısını almaq üçün konkret addımlar atmağa çağırıb.

Türkiyə XİN başçısı ifadə azadlığı adı altında bu cür “iyrənc əməllərin” davam etdirilməsinin qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, son həftələrdə İsveç və Danimarkada Quranın yandırılması ilə bağlı bir neçə aksiya keçirilib və bu, müsəlmanlar arasında hiddət doğurub. İsveçin baş naziri Ulf Kristersson iyulun 30-da bildirib ki, danimarkalı həmkarı Mette Frederiksen ilə danışıqlar zamanı vəziyyətin təhlükəli olması barədə razılığa gəliblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]