Gecələr telefonun internetini söndürün – SƏBƏBİNİ ÖYRƏNDİKDƏ…

Müasir dünyanı internetsiz düşünmək çətindir. Biz həm Wi-Fi, həm də mobil internetdən istifadə edərək şəbəkəyə qoşuluruq. Ancaq mütəxəssislər, xüsusən də gecə saatlarında onu söndürməyi məsləhət görürlər. Bəs, bunun səbəbi nədir?

Aktualtv.az lent.az-a istinadən bildirir ki, mobil internet həqiqətən Wi-Fi-a çıxış olmadıqda, xüsusən də qatarlarda, avtobuslarda, yolda və bir çox yerlərdə bizim üçün yardımçı rol oynayır.

Ancaq əksər hallarda istifadəçilər evdə və ya işdə Wi-Fi şəbəkəsindən istifadə edirlər. Bu zaman mobil internet deaktiv edilməlidir. Bu edilmədikdə, cihazınız daim məlumat qəbul edəcək və göndərəcək, məlumatları yeniləyəcək və bununla da şarj səviyyəniz gözlənilmədən azalacaq. Sonda batareyanı dəyişdirməli olacaqsınız, çünki onun ömrü qısalacaq.

Mütəxəssislər həmçinin bildiriblər ki, hər bir smartfonda arxa fonda yeniləmək və ya yeni bildirişlər haqqında məlumat almaq üçün avtomatik olaraq internetə qoşulan bir neçə proqram var. Bu da mobil cihaza pis təsir edir.

Üstəlik, tarif planlarının qiymətləri artır və bir çox gigabayt boş yerə sərf olunur. Buna görə də mobil interneti söndürmək və bununla da onları saxlamaq daha yaxşıdır. Belə ki, simsiz şəbəkəyə çıxışınız yoxdursa, bu yolla internetə daxil ola biləsiniz.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]