“Qarabağ” ÇL-də mübarizəni DAYANDIRDI

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Rakuv”la qarşılaşıb.

Səfərdə 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri revanş ala biməyiblər. Matçın birinci hissəsində qapılara qol vurulmaylb. Fasilədən sonra qonaqlar müdafiədəki diqqətsizlikdən istifadə edərək, hesabı açıblar.

“Qarabağ” buraxılan qola dərhal reaksiya verərək, 60-cı dəqiqədə hesabı bərabərləşdirib. Polşada olduğu kimi, bu dəfə də Cica fərdi ustalıq nümayiş etdirib. Amma “Qarabağ”ın bundan artığına gücü çatmayıb. İki oyunun nəticəsinə görə, 4:3 hesabı ilə qalib gələn Polşa çempionu mərhələ adlayıb. “Qarabağ” isə mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsində “Molde” – HJK cütünün məğlub komandası ilə yarışacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]