Bu filmlər kinoteatrda pulsuz nümayiş olunacaq

Tamaşaçılarımız avqustun 3-dən 10-dək Azərbaycanın klassik filmlərini “CinemaPlus”da ödənişsiz şəkildə izləyə bilərlər.

Kult.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə deyib.

O qeyd edib ki, bu gün Azəbaycan kinosunun 125, Azərbaycan kinostudiyasının 100 illiyi münasibətilə Azərbaycan klassik filmlərinin təqdimatı həyata keçirilir:

“Belə ki, Azərbaycan kinostudiyasının son 100 ildə təqdim etdiyi müxtəlif filmlər yaxın bir həftə ərzində “CinemaPlus” kinoteatrlar şəbəkəsində təqdim ediləcək”.

“Bakı, Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərinin sakinləri klassik Azərbaycan filmlərini kinoteatrlarda ödənişsiz izləyə bilərlər”, – Z.Darabzadə bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]