“Ermənistan 28 il ərzində danışıqlardan imtina edib” – Ayxan Hacızadə

“Azərbaycanın fəaliyyəti həmişə daxili qanunlara, o cümlədən BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanıb”.

Aktualtv.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və kütləvi etnik təmizləmə nəticəsində yaranan azadlıq müharibəsi idi.

“28 il ərzində Ermənistan danışıqlardan imtina edib, bütün sülh təkliflərini rədd edib, hətta “Qarabağ Ermənistandır” iddiası ilə çıxış edib və Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələyib”, – XİN sözçüsü qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]