Prezidentdən yeni icra başçısı – Təyinatı

Azərbaycan Prezidenti İlham Əliyev Ordubad Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.

Aktualtv.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. 

Sənədə əsasən, Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Qeyd edək ki, Rəcəb Rəhimli daha əvvəl Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri işləyib. O, siyasi elmlər üzrə fəlsəfə doktorudur. 

Xatırladaq ki, Prezidentin sərəncamı ilə Ordubadın keçmiş icra başçısı Elşad Novruz oğlu Məmmədov bu ilin martında vəzifəsindən azad edilmişdi. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]