Bu həftə temperatur 40 dərəcəyə çatacaq – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Aktualtv.az a bildirib ki, yüksək temperatur, durğun və rütubətli hava şəraitində bəzi saatlarda bürkü yarana bilər. Şəhər mühitində gecə saatlarında da havanın temperaturu normadan yüksək olur. 

“Bu cür hava şəraiti əksər əhali üçün əlverişsizdir. Belə günlərdə tez-tez maye qəbul etmək, günəş altında olarkən baş örtüklərindən və ya çətirlərdən istifadə etmək, açıq havada uzun müddət qalmamaq tövsiyə edilir. Özünüzü günvurma və istivurmadan qoruyun!”

Qeyd edək ki, havanın temperaturu iqlim normasından 4,6 dərəcə yüksəkdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]