Azərbaycan Musurmanovu Özbəkistana ekstradisiya etdi

Azərbaycan həbsdə olan Özbəkistan vətəndaşını ekstradisiya edib

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Bildirilib ki, Özbəkistan prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

“Özbəkistanda dələduzluq əməlini törətməkdə təqsirləndirilərək 2022-ci ildən etibarən həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən, Özbəkistan Respublikasının vətəndaşı, 24.03.1993-cü il təvəllüdlü Davron Musurmanoviç Musurmanovun verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Davron Musurmanov cari ilin aprel ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib”, – məlumatda qeyd olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]