Dünya çempionatında beş medal qazanmış Azərbaycan para-üzgüçüləri Vətənə qayıdıblar

İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış etmiş Azərbaycan para-üzgüçüləri Vətənə qayıdıblar.

Aktualtv.az xəbər verir ki “Report”un məlumatına görə, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan para-üzgüçüləri dünya çempionatını beş medalla başa vurublar. Roman Saley 100 m məsafəyə sərbəst üsulla üzmədə qızıl, eyni məsafəyə arxasıüstə üzmədə gümüş, 50 m məsafəyə sərbəst və 100 m məsafəyə “butterfly” üsulu ilə üzmədə bürünc mükafata yiyələnib. Vəli İsrafilov isə 100 m məsafəyə brass növündə dünya çempionu olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]