Azərbaycanda qızıl bazarında vəziyyət necədir?

Məhərrəm ayı ilə bağlı ölkədə toy şənliklərinin keçirilməməsi qızıl bazarında özünü göstərir.

Bu barədə Trend-ə Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib.

Onun sözlərinə görə, hazırda qızıl bazarında durğunluq yaşanır.

“Qızıl bazarı başqa bazarlardan fərqli olaraq, qızılın qiyməti birjaya uyğun tənzimlənir. Son zamanlar birjada qızılın qiyməti stabildir. Bu səbəbdən qızıl məmulatlarının qiymətində ucuzlaşma və bahalaşma yoxdur.

T. Abbasquliyev qeyd edib ki, yerli bazarda qızıl-zinət əşyalarının 60-65%-i Azərbaycan istehsalıdır.

“Əlavə olaraq, ölkəmizə Türkiyədən, Birləşmiş Ərəb Əmirliklərindən, İtaliyadan, Çindən də qızıl-zinət əşyaları gətirilir. Ölkəmizdə qızıl bazarının 75-80% toy-nişan mərasimləriylə bağlıdır. Məhərrəmlikdə bu mərasimlər keçirilmədiyindən bazarda alıcılıq qabiliyyəti 65-70% aşağı düşür”, – deyə o, qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]