Azərbaycanlı həkim təyyarədə halı pisləşən uşağın həyatını xilas etdi

İkinci MDB Oyunları üçün Belarusa yola düşən muay-tay üzrə Azərbaycan milli komandasının həkimi Dilbər Səfərova “Belaviya” hava gəmisində halı pisləşən azyaşlı belarusluya ilkin tibbi yardım göstərərək həyatını xilas edib.

Sərnişinlər arasında yeganə tibb işçisi olan Dilbər Səfərova tibbi yardımdan sonra uşağın vəziyyətinin stabil olduğunu bildirib: “Qıc olmuş körpəni tutdum və ilkin tibbi yardım göstərdim, hərarətini aşağı salmaq üçün ona iynə vurdum”.

Azərbaycanlı həkim həyatı göstərişlə bağlı məcburi eniş edən təyyarədən uşağı endirərək onları gözləyən təcili tibbi yardım əməkdaşlarına təhvil verdikdən sonra təyyarəyə – komandasının yanına qayıdıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]