MN-dən ermənilərin yaydığı video ilə bağlı AÇIQLAMA

Ermənistan Müdafiə Nazirliyi uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal UAZ- 390945 markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib.

Qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır”, – o bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]