Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra edildi – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

Bu barədə “Unikal”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təkmilləşdirilmiş S-125 2TM zenit-raket komplekslərindən aşağı hündürlükdə uçan az sürətli və kiçik ölçülü hava hədəflərinin aşkar edilərək praktiki şəkildə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

“Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki vərdişlərinin, həmçinin zenit-raket komplekslərinin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir”, – məlumatda qeyd olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]